0 9 Müəllif: Reno 4 həftə əvvəl
    Afrikalı qapıçı "Qarabağ"la danışıq aparır
    0



    • Afrikalı qapıçı "Qarabağ"la danışıq aparır


      Cənubi afrikalı qapıçı Darren Kitin meneceri Vasili Barbis "Qarabağ"dan təklif aldıqlarını təsdiqləyib.

      Torrent.az xəbər verir ki, o, bu barədə "goal.com"a açıqlamasında məlumat verib. V. Barbis Ağdam təmsilçisi ilə yanaşı, daha bir neçə klubla danışıq apardıqlarını bildirib:

      "Hazırda Portuqaliyadan 3 təklifimiz var. Bundan başqa, gələn həftə daha bir klubla görüşəcəyik. Həmçinin Kitə İsveçdən də maraq var. "Qarabağ" da daxil olmaqla, bir neçə klubla artıq danışıq aparmışıq. Hətta birbaşa müqavilə təklif edən də olub. İyun ayının sonuna qədər yekun qərarımızı verəcəyik. O, bu yay mütləq Cənubi Afrikadan ayrılacaq. Çünki Avropaya getmək və orada oynamaq istəyir".

      Qeyd edək ki, ötən mövsümü ölkəsinin "Bidvest Vits" klubunda keçirən Kitin komanda ilə müqaviləsi başa çatıb və o, hazırda azad agentdir. Təcrübəli qolkiper 2013-cü ildən yığmaya dəvət alır. Afrikalı qapıçı 2011-2016-cı illərdə Belçikanın "Kortreik" klubunda da oynayıb.

    Məlumat
    Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.