0 22 Müəllif: Reno 1 ay əvvəl
    "Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü
    1



    • "Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü


      Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

      Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb. Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

      "Valetta" (Malta)

      "Sarayevo" (Bosniya və Herseqovina)

      "Sutyeska" (Monteneqro)

      "Partizani" (Albaniya)

      "Saburtalo" (Gürcüstan)


      Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da başlayacaq.